
Rəşad Rza: Orqanların pul ilə alınıb-satılması qadağandır
11:07 18.04.2025
Sosial
588
Təəssüflər olsun ki, Azərbaycanda qara bazarda bu biznes mövcuddur
Almaniyada 24 yaşlı Azərbaycan vətəndaşı 200 min dollara böyrəyini satıb.
Ölkədə orqan transplantasiyası ilə bağlı mövcud qadağalar olduğu halda sosial şəbəkədə istər böyrəyini, istər qaraciyərini, istərsə də digər orqanlarını satanların sayı az deyil.
Baku TV-nin əməkdaşı donor olmaq istəyən şəxslə əlaqə saxlayaraq qiyməti öyrənib.
Sözügedən şəxs bildirib ki, hər altı aydan bir həkimlər tərəfindən sağlamlığı yoxlanılır. Böyrəyini isə 20-30 min manata təklif edir.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, orqan yalnız təmənnasızlıq prinsipi əsasında bağışlana bilər.
Əks halda donorun sağlamlıq vəziyyəti orqan bağışlamağa uyğun deyilsə, yaxın qohumu olmadığı və ticarət məqsədilə həyata keçirildiyi halda qanun pozuntusu hesab olunur və qadağandır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, sosial şəbəkədə və ya ayrı-ayrı şəxslər tərəfindən orqan satışı ilə bağlı yerləşdirilən elanların hər biri polis tərəfindən araşdırılır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a deyib ki, qadağan olunmasına baxmayaraq, orqan satışı Azərbaycanda hələ də davam edir:

“Düzdür, bəzi böyük ölkələrə baxanda bu cinayət Azərbaycanda o qədər də geniş inkişaf etməyib. Əslində donor olmaq, qanunda var. Yəni kimsə-kiməsə donor ola bilər, amma orqanların pul ilə alınıb-satılması qadağandır. Təəssüflər olsun ki, Azərbaycanda qara bazarda bu biznes mövcuddur. Onunla mübarizə aparılsa da, tam qarşısı alına bilmir. Bu Qara işdə isə əsasən uşaqlar qurban olur. Müxtəlif yollarla aldadılır və yaxud da ki, ehtiyacdan insanlar pul müqabilində satırlar. Bir aralar orqan satışı daha geniş vüsət almışdı. Əsasən də sahibsiz uşaqları oğurlayıb böyrəyini çıxarırdılar. Sonra güc strukturları bunlara qarşı mübarizəni artırdılar. İndi belə hadisələr azalıb, amma yenədə mövcuddur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq