Serbiyalı nazirlər 1 saylı DOST Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar
Yusif Nəzərli
05:52 26.07.2024
Sosial
440
Azərbaycan və Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-cı iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Komissiyanın Serbiya tərəfindən həmsədri, Serbiyanın mədəniyyət naziri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Nemanya Staroviç səfər çərçivəsində 1 saylı DOST Mərkəzi ilə tanış olublar.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST Mərkəzlərinin fəaliyyət prinsipləri, sosial xidmətlərin vətəndaş məmnunluğuna uyğun təqdim edilməsində DOST təcrübəsinin üstünlükləri barədə məlumat verib.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.
DOST konsepsiyasının beynəlxalq uğurları da diqqətə çatdırılıb. Qonaqlar DOST Mərkəzindəki xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi ilə tanış olublar. Onlar üçün DOST konsepsiyası və ölkəmizdə sosial sahədə elektron xidmətlərə dair təqdimatlar edilib.
DOST Agentliyində keçirilən görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də olub. S.Babayev ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək istiqamətində atılan addımları diqqətə çatdırıb.
Qeyd olunub ki, 2021-ci ildə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailələri üzvlərinin, digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək məqsədinə xidmət edir.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəzdə benefisiarlara rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. istiqamətləri üzrə təlimlər keçirilir, onların bu sahələrdə bacarıqları təkmilləşdirilir.
Burada benefisiarlara sosial pedaqoji və psixoloji dəstək xidmətlərinin də göstərildiyi vurğulanıb. Nümayəndə heyəti Mərkəzdə təlim və məşq prosesini izləyib, benefisiarların yaradıcılıq nümunələri ilə tanış olublar. Mərkəzin benefisiarlarının ifasında konsert proqramı da təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xamenei ölməyib
18:01 26.08.2026
Dünya
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
17:50 26.08.2026
Ölkə
Tramp: ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq
17:42 26.08.2026
Dünya
Azərbaycan XİN Pakistana başsağlığı verib
17:37 26.08.2026
Aktual
Zelenski cəbhə bölgəsinə səfər edib
17:00 26.08.2026
Dünya
İran və Oman Hörmüz boğazından əldə edilən gəlirləri bölüşdürəcək
16:30 26.08.2026
Dünya
Dünya musiqisinin əfsanəsi Dolly Parton 80 yaşında vəfat edib
16:29 26.08.2026
Mədəniyyət
Nəsib Nəsibli: Netanyahunun bu sözündə həqiqət payı var
15:51 26.08.2026
Aktual
Astanada Qazaxıstan-Çin Süni İntellekt Məktəbi açılacaq
15:30 26.08.2026
Texnologiya
Ucarda zibil poliqonu yanır - FOTO
15:22 26.08.2026
Hadisə
Netanyahu: “Oğullarımdan birini öldürmək istədilər”
15:20 26.08.2026
Dünya
Ərdoğan : “Heç kimə boyun əymərik”
15:03 26.08.2026
Gündəm
İrəvan: Verilmiş vaxt bitdi, KTMT-dən çıxa bilərik
15:00 26.08.2026
Siyasət
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
14:57 26.08.2026
Elm və Təhsil
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
14:56 26.08.2026
Mədəniyyət