Sosioloq: Cəmiyyət anlamalıdır ki, uşaq uşaqdır, gəlin deyil
12:14 04.06.2025
Sosial
473
Naxçıvanda erkən evliliyin qarşısı alınıb.
Bu barədə APA-nın yerli bürosuna Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən xəbər verilib. Qeyd olunub ki, komitə tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. 04.05.2000-ci il təvəllüdlü Şahbuz rayon Gömür kənd sakini A.C (ad və soyad şərtidir) tərəfindən 08.08.2008-ci il təvəllüdlü Şahbuz rayonu Gömür kənd sakini yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) qaçırılaraq erkən evliliyə cəhd ediblər.
Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və Şahbuz Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin yaşadığı ünvana baxış keçirilib, valideynləri ilə qanunamüvafiq söhbətlər aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
Beləliklə də, aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən evliliyin qarşısı alınıb.
Aidiyyəti dövlət orqanları ilə birlikdə tərəfimizdən həyata keçirilən müvafiq proseslərdən sonra yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) ailəsinin yanına qaytarılıb.
Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, erkən nikahların tam qarşısının alınması üçün yalnız sərt qanunların tətbiqi yox, eyni zamanda cəmiyyətin sosial normlarının, mental kodlarının korrektə edilməsi lazımdır:
“Necə deyərlər, cəmiyyət özü anlamalıdır ki, uşaq uşaqdır, gəlin deyil. Xoşbəxtlikdən, bu yöndə proses gedir. Cəmiyyətin get-gedə daha çox nümayəndələri, xüsusən, gənclər anlayırlar ki, ailə qurmaq çox önəmli olmaqla yanaşı, təhsil səviyyəsinin və psixososial inkişafın da önəmi danılmazdır. Bu mənada yeniyetmələrə kifayət qədər zaman tanınmalıdır ki, onların formalaşması prosesi sağlam şəkildə davam edə bilsin. Durkhemin-in deyimi ilə desək, kollektiv şüurumuz tədricən dəyişir. Cəmiyyətin ümumi dəyərləri, normaları təkamül edir və erkən nikaha tolerantlıq kollektiv dəyər sistemindən tədricən silinir. Əvvəllər “adət belədir” və ya “qız artıq böyüyüb” kimi arqumentlərlə normallaşdırılan hallara indi daha tənqidi yanaşılır. Burada sosial şəbəkələr və ənənəvi mediadakı mütəmadi qınaq və tənqidlərin, eləcə də maarifləndirici proqramların ciddi təsiri var. Artıq sanki evliliyin yaş ilə yox, sosial yetkinliklə əlaqəli bir məsələ olduğu fikri daha geniş yayılır. Ailə ilə münasibətdə isə yalnız cəza mexanizmlərinə arxalanmaq kifayət deyil. Cəza bəzən daha çox qorxu və gizlətmə mədəniyyətini təşviq edir. Bunun əvəzinə sosial işçilər, psixoloqlar və yerli (yerli olması çox önəmlidir!) dini liderlərin iştirakı ilə həyata keçirilən maarifləndirmə proqramları daha faydalıdır. Ailə institutuna yanaşmada mentalitet və mədəni dəyərlər sistemi ilə hüquq sistem arasında koordinasiya və kommunikasiya effektiv qurulmalıdır. Yoxsa bunlardan biri danışacaq, digəri isə eşitməyəcək. Yekunda hər kəs bilməlidir ki, erkən nikahların qarşısının alınması gələcək nəslin sağlam ruh və bədənlə formalaşması üçün sosial müqavilənin (dövlət və xalq arasında) bir hissəsi olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya