
Sosioloq: Onlar kənardan gələn köməyi acgözlüklə qəbul edəcək haldadırlar
10:52 25.07.2024
Sosial
516
Məişət zorakılığından zərərçəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası təsdiqlənib. "Sherg.az" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydasına uyğun olaraq hüquqi yardım insanın şərəf və ləyaqətinə hörmət, ayrı-seçkiliyə yol verilməməsi, operativlik, keyfiyyətlilik, effektivlik, qərəzsizlik, konfidensiallıq, dövlət orqanlarının, qeyri-dövlət qurumlarının və hüquqi yardım göstərən qurumların qarşılıqlı əməkdaşlığı və hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipləri əsasında həyata keçirilir.
Qayda üzrə hüquqi yardımın növləri aşağıdakılardır:
- sənədlərin əldə edilməsinə kömək göstərilməsi,
- zərər çəkmiş şəxsə hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi,
- zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi,
- ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi.
Sosial hüquqi xidmətlər göstərilərkən dövlət büdcəsinin vəsaiti hesabına vəkil tərəfindən yardımının həyata keçirilməsinə ehtiyacın olması müəyyən edildikdə, zərər çəkmiş şəxslərə aidiyyəti üzrə cinayət prosesini həyata keçirən orqana və ya məhkəməyə müraciət edilməsi üçün köməklik göstərilir. Hüquqi yardım göstərilməsi üçün müraciət sosial hüquqi xidmət göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumuna, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin müvafiq "DOST" mərkəzinə və ya Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, cinayət işləri üzrə icraat zamanı cinayət prosesini həyata keçirən orqana, mülki, inzibati mübahisələrə dair və ya inzibati xətalara dair işlər üzrə vəkilə və ya məhkəməyə edilir. Qaydalar "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 aprel tarixli 33 nömrəli Fərmanının icrası məqsədilə təsdiq edilib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, məişət zorakılığından zərərçəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardım alması çox yaxşı addımdır:

''Çünki zərərçəkmiş insanların müdafiəyə ehtiyacı olan anda dövlətin öz dəstəyini əsirgəməməsi onların ədalətə, qanunlara, məhkəmə sisteminə inamını daha da artırır. Təəssüf ki, bizdə ədalət və qanunun zərərçəkənin yanında olmaması kimi bir fikir formalaşıb. Fikrimcə, ədalət anlayışını bərpa etmək və qanunların şah olduğunu sübut etmək üçün dövlətin bu cür insanlara dəstəyini göstərməsi müsbət addımdır. Zərərçəkən biri onsuz da psixoloji və fiziki olaraq tükənmiş vəziyyətdə olur. Onlar kənardan gələn köməyi acgözlüklə qəbul edəcək haldadırlar. Ona görə də istər yaxınlar, istərsə də dövlət tərəfindən edilən bütün dəstəklər onlara hava, su kimi lazım olur. Fikrimcə, bu baxımdan çox uğurlu yanaşmadır. Həmçinin, bu o deməkdir ki, dövlətimiz vətəndaşın hüquqlarını ən ali formada müdafiə edir və hər zaman onların yanındadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya