
Valideyn məsuliyyətsizliyi: Bəzi analar seriala və tiktok-a baxmağı uşaqdan üstün tuturlar
12:26 23.07.2024
Sosial
498
Oğuzda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.
Hadisə bu gün axşam saatlarında rayonun Yemişənli kəndində baş verib.
Belə ki, həmin kənd sakini, 2013-cü il təvəllüdlü Firuzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və azyaşlı boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, bu hadisələrin hər biri valideyn diqqətsizliyindən irəli gəlir:

“Xüsusilə də ananın uşağa qarşı diqqətsizliyi pis hadisələrlə nəticələnir. 11 yaşlı uşaq yelləncəkdə yellənərkən yəqin ana da içəridə hansısa işlə başını qatırmış. Azyaşlı uşaqlara hər dəqiqə nəzarət edilməli və diqqət göstərilməlidir. Bunların hər birinin səbəbini smartfon telefonlarda və seriallarda görürəm. Bəzi analar səhərdən axşama qədər ev işlərini də kənara ataraq meyillərini telefona və sosial şəbəkələrə salırlar. Bu davranışların nəticəsində əlbəttə ki, xoşagəlməz hadisələr yaşanacaq. Yelləncəkdə boğulub ölən uşaq yəqin ki, 1 saatdan artıq nəzarətsiz qaıb və bu vəziyyət yaranıb. Belə valideynlər ciddi cəza tədbirlərinə layiq görülməlidirlər. Cəzalar olmasa cəmiyyətimizdə dəqiqə başı uşaq ölümləri ilə rastlaşacıq. Bəzi valideynlər məsuliyyətlərini itiriblər. Sanki uşaq onlar üçün ikinci dərəcəli və əhəmiyyətsizdir. Seriala, instagrama və tik tok a baxmağı uşaqdan üstün tuturlar. Düşünə bilmirəm ki, bu ana özünü necə bağışlayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya