
Virtual dünya, real aqressiya: Uşaqları necə qoruyaq? -RƏY
10:03 03.06.2025
Sosial
519
Abşeron rayonu ərazisində uşaqlar arasında baş vermiş mübahisə ilə bağlı araşdırma aparılır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
Abşeron rayonu ərazisində yeniyetmələr arasında baş vermiş mübahisə ilə bağlı polis orqanlarına məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal müvafiq araşdırmalara başlanılıb.
Hazırda ərazi üzrə polis orqanı tərəfindən faktın bütün halları, iştirak edən şəxslərin dəqiq kimliyi, hadisənin səbəbləri və mümkün hüquqi qiymətləndirilməsi istiqamətində təhqiqat tədbirləri davam etdirilir.
Uşaqlar arasında baş verən bu kimi hallarda polis həssaslıqla yanaşır və həm maarifləndirici, həm də qanunvericiliyə uyğun tədbirlər həyata keçirir
Qeyd edək ki, Abşeron rayon, Masazır qəsəbəsi Qurtuluş 93 ərazisində məktəbli uşaqlar digər bir məktəbli uşağa (Ə.K.) xəsarət yetiriblər. Hadisə məktəbin yaxınlığında, Əlincə Şadlıq Sarayının yanında baş verib.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, aqressivlik hazırda dünyada müzakirələrə səbəb olan ən böyük problemə çevrilib:

“Müasir dövrdə biz uşaqlarda aqressiya hallarını tez-tez müşahidə edirik. Ümumkiyyətlə texnologiya uşaqlarda yaranan və inkişaf edən aqressiyanın əsas mənbəyidir. Kompüter oyunları, online-oyunlar uşaqlarda aqressiya yaradır. Çünki uşaqlar məktəb yaşlarında çox sadəlövh olurlar və onların psixikası zədələnməyə meyillidir. Nəzərə almaq lazımdır ki, uşaqlar kompüter oyunlarının təsiri altına tez düşür, rəqibə qalib gəlmək üçün bütün vasitələrdən, hətta senzuradan kənar sözlərdən belə istifadə etməyə hazırdırlar. Görün, nə qədər uşağın psixikasına mənfi təsir edən amillər mövcuddur. Bütün bunları aradan qaldırmaq çox çətindir. Ona görə də hhər bir valideyn uşaq psixikasına təsir edən zərərli oyunlar haqqında məlumata sahib olmalıdır və vaxtında qarşısını almağı bacarmalıdır. Aqqressiyanın aradan qaldırılması əsasən uşaq və valideynlər arasındakı əlaqənin keyfiyyətindən asılıdır. Sevgi və mehribanlıq, müsbət emosional atmosferli münasibətlər uşağın vacib sınaqlardan, ağrılardan qaçmasına və emosional rifahın qorunmasına kömək edir. Əgər valideynlər uşaqlara normal davranıb bir-birilərinə qarşı aqresiv davranışlar göstərmələri də uşaqlarda aqresiyaya yol aça bilər. Çünki uşağın ilk rol modeli ailə üzvləridir. Yəni valideynlərinin necə davrandığını görürsə oda elə davranmağa başlayır. Həmçinin istər ailə içərisində, istər bağçada, istərsə də məktəbdə tərbiyə üsulu düzgün seçilməlidir. Əksi olduğu təqdirdə yenə də bu uşaqlarda aqressiv davranışa səbəb olur. Digər tərəfdən müəyyən qayda və qanunların tətbiq olunması da vacibdir. Bu tərbiyə üsulunda mühüm rol oynayır. Əgər uşaq ərköyünlük adlandırılan düşüncə çərçivəsində böyüdülürsə, bu zamanonda nəinki aqressivləşmə həmçinin davranış pozğunluğu, emosional gərilmə də yaranır. Belə olduqda o artıq öz bacarıqlarını, düşüncə tərzin və fikirlərini idarə edə bilmir. Ona görə də uşağı həm pedaqoji baxımdan, həm də psixoloji baxımdan düzgün yönləndirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual