"Xoşbəxtliyin rəsmi" yazıb paylaşdı


 Türkiyəli aktyor və şoumen Eser Yenenler oğulu Kuzey ilə şəkilini ictimai media hesabından yayıb. O, paylaşmasına "Xoşbəxtliyin rəsmi" qeydini yazıb.



Sherg.az xəbər verir ki, 2019-cu ildə Berfu Yıldız ilə nikah masasına oturan aktyor eyni ildə oğulu Kuzeyi  qucağına alıb.

Keçən həftələrdə arıqlamağa qərar verdiyini açıqlayan aktyor, oğulu ilə birlikdə çəkilən kadrı ictimai media hesabında qısa müddətdə xeyli bəyənmə yığıb.

 İndiyə qədər 15 kilo arıqladığını ifadə edən aktyor, "Bu gün diyet günümdü. Yeməkdə salat, pendir, pomidor var. Hədəfdə 15 kilo da vermək var" deyə söyləmişdi.

Berfu isə bu müddətdə həyat yoldaşına dəstək olduğunu və əzminə heyran qaldığını ifadə edərək "Çox iradəli, əzmlidir... Bacaracağına inanıram" deyə bildirmişdi.



Turan