Nura: “...Toylara 3-4 il qadağa qoyula bilər, canımıza qorxu düşüb”

“Karantində başa düşdüm ki, insanlar boş-bekar olanda bütün nöqsanları görməyə başlayırlar. Elə mən özüm. Əvvəllər mövcud problemlərdən ayda 1-2 dəfə yazırdım, karantində demək olar ki, hər gün yazıram”.
 
“Sherg.az” xəbər verir ki, bu sözləri  Feysbuk səhifəsində tanınmış müğənni Nura Suri yazıb. O idmansız və əyləncisiz çox çətin olduğunu da qeyd edib:

“Kinoteatrlar, idman zalları bağlı, toy-büsat yox və s. İnsanların xoş günündə iştirak edirdik, pozitiv enerji alırdıq, həm də pul qazanırdıq. İndi pozitiv enerjini hardan alaq? İnsanlarla məsafə saxlaya-saxlaya yadlaşırıq, özümüzlə tək qalıb daha çox düşünürük.

Düşündükcə nöqsanlar tapırıq, mövcud problemləri aydın görürük. Baş qarışanda əhval-ruhiyyə də yüksək olur. 

Media da hər gün neqativ xəbərlər yazır. Filan qədər xəstə, filan qədər ölü, 3-4 il toylara qadağa qoyula bilər və s. Canımıza qorxu düşüb. Etməyin belə. Əsəblərimiz dözmür. Mən də daha  yazmayacam. Heç bir problemi, nöqsanı görmək, düşünmək istəmirəm.”