Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimində işsizlərin sayı çoxalıb. Xüsusilə də çörəyi toylardan çıxan şəxslər çətin vəziyyətə düşüb. Onların ən tanınmışları olan müğənnilər zaman-zaman giley-güzarlarını dilə gətirir. Tanınmış müğənni
Şəbnəm Tovuzlu da bu gün həmin mövzuya toxunub.
“Sherg.az” xəbər verir ki, o məclislərin birindən videosunu paylaşaraq bu sözləri yazıb:
“Bu cür maraqlı toylarımız üçün çox, çox darıxmışam. Bilirəm ki, hər kəs darıxıb. Çünki bizim xalqımıza toy yaraşır. Canım abim, yenə hər şey əla olacaq darıxmayın”.