Müğənni Səidə Sultan həmkarları Xatirə İslam və Rəqsanə İsmayılova ilə arxiv fotolarını paylaşıb.
"Sherg.az"ın məlumatına görə, "İnstagram" səhifəsində paylaşım edən S.Sultan fotonun 2010-cu ildə çəkildiyini qeyd edib:
"Elə belə rastıma çıxdı, paylaşdım. Məncə, heç birimizdə dəyişiklik yoxdur. Yaxşı qalmışıq.
Bir əmması odur ki, mənim qaşlarım çox "nəəzüydü". İndi fikir verirəm hamımızın qaşı nazikdir. O vaxt dəb imiş".