Bir neçə gündür müğənnilər Xatirə İslam, Natavan Həbibi, reper Elşad Xose kimi ifaçıların efirlərə çıxma qarşılığında qonorar istəməsi müzakirə edilir.
"Sherg.az"xəbər verir ki, N.Həbibi "İnstagram" səhifəsində məsələyə münasibət bildirib.
"2022-ci ildir. Digər ölkələrin yanında belə mövzuların olması ayıbdır, utancdır. Hətta burdan bura bizim sənətçilər ən yaxınımız Türkiyə televiziyalarına dəvət alır, qonorar müqabilində qonaq kimi iştirak edir. Çünki bu bir şərtdir, formatdır, sistemdir. "Bizdə yoxdur, ola bilməz"kimi kəlmələr belə ayıbdır. Necə yəni? Qanun hamı üçün qanundur. Dövlətimiz hər zaman incəsənətə o dəyəri, diqqəti ayırıb. Sadəcə aşağı instansiyalar, TV rəhbərliyi, media qurumları və s. öz işini yerinə yetirməlidir"-, deyə o qeyd edib.