Xalq artisti Brilliant Dadaşova müğənni-bəstəkar Murad Ariflə "Təşəkkür"adlı duetlərinə lentə alınan klipi təqdim ediblər.
"Sherg.az"ın məlumatına görə, sənətçilər sosial şəbəkədə məlumat veriblər.
"Muradik, gözəl qəlbindən gələn duyğulu musiqi üçün sənə özəl "təşəkkürlər". Duetimizi Muğam mərkəzinin səhnəsində çəkdik. Zəhməti olan hər kəsə təşəkkürlər!"-, B.Dadaşova bildirib.
Birlikdə fotolarını paylaşan M.Arif isə açıqlama qismində bu sözləri vurğulayıb:
"Mən sənə ulduzları göydən dərib gəldim..."
Sənət-qadın, musiqi-qadın Brilyantdır o... Nə zamansa bir duet olacağını bilirdim. Amma, o əsər yazılmırdı... Nəhayət, Samir Şirinova zəng edib dedim ki, "klassik ovqatda, simli alətlərin bol olduğu bir vals yazmışam". Tərəddüdsüz təklif etdim və oxuduq. Sözügedən nəğmə hələ çox yaşayacağına əminəm. Zamanla, qaldıqca çox seviləcək... İşimizi dəyərləndirin. Çünki "təşəkkür" sevgiylə hazırlanıb".