Səmra Rəhimli od püskürdü: “İndi bir çox ərlilər ərsizlərdən betərdirlər”


Gənc müğənni Səmra Rəhimli son günlər ölkə gündəmində rezonans doğuran məsələyə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, pop ifaçı “Səni axtarıram” verilişində qayınanasını öldürdüyünü etiraf edən qadının fotosunu paylaşıb və şəkilə fikirlərini əlavə edib. 

“Sosial şəbəkələrdə insanlara qeyrət dərsi verənlərin çoxunun öz ailəsi bu vəziyyətdədir. Ərinin əmisi oğlu ilə sevgili olduğunu öyrənən qayınananı öldürüblər. 

Türk seriallarına baxıb öyrəniblər bir-birinin arvadına göz dikməyi? Əsil biqeyrətlik budur, e. Ərin uşaqların varsa, mələksən demək deyil. İndi bir çox ərlilər ərsizlərdən betərdirlər”, - deyə fikrini əlavə edib.