"27 ildir pəhrizdəyəm" - Eser Yenenler 

Türkiyəli şoumen Eser Yenenler Armağan Çağlayanın "YouTube" da yayımlanan verilişində qonaq olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor açıqlamaları ilə diqqət çəkib. Artıq çəkisi ilə tez-tez gündəmə gələn Yenenler 27 ildir pəhrizdə olduğunu deyib:

"Çox iştahlı biri deyiləm. Orqanizmim məktəb illərində pozuldu. 95-dən 75 kiloqrama düşdüm. Artıq 27 ildir pəhriz saxlayıram. Bu qədər yeyəcəksən deyiləndə, qadağa qoyulduğunu hiss edirəm. Hazırda başqa bir üsul tapmışam, yaxşı davam edir".