9 kiloqram kökəldi, 500 min qazandı

Türkiyəli aktrisa Büşra Pekinin "Dilber Ay" filmindən aldığı məvacib ortaya çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ekran işindən 500 min lirə (təxminən 62 min 900 manat) qazanıb.

Qeyd edək ki, Büşra film üçün 9 kiloqram çəki alıb.