Nazilə ilə Nadir arasında “soska” söhbəti:“Ətimi tökmə o nədir?!”



Xəbər verdiyimiz kimi,  müğənni Nadir Qafarzadə baba olmaq istədiyini söyləyib.
N.Qafarzadə dünyaya gələcək nəvəsinə illər öncə qızıl əmzik alıb.
"Sherg.az"ın məlumatına görə, may ayında övladına toy edəcək şairə Nazilə Səfərli "Şourum" vasitəsilə müğənniyə bu barədə ismarış göndərib:
"Ay Nadir, qızıl "soska" bahalı deyil, 350 manatdır.  Biz onu illər öncə etmişik. Qardaşımın  birinci övladı dünyaya gələndə gedib qızıl "soska" almışdım. Anam da lağa qoyaraq dedi ki, "çox qədrini biləcəklər". O "soska"nı da uşağa əmizdirmədilər. Gəlinin sağ əlində "razval" var idi. Tez-tez əli qaçırdı... "Soska" evdən yoxa çıxdı. Yəqin, satdılar"-, deyə N.Səfərli vurğulayıb.
Şairə müğənni Nadir Qafarzadəyə söz atıb:
"Ətimi tökmə, "soska" nədir? Doğulacaq nəvənin sənədlərini göstər: bağını, rayonlardakı torpaq sahəsini, xaricdəki obyektlərini...  Səndə çox şey var, yalandan "soska"yla baş qatma".