Xalq artisti Naibə Allahverdiyeva illər əvvəl onu çılpaq şəkilləri ilə şantaj edən xalq artistindən danışıb.
"Sherg.az" xəbər verir ki, "Onun sirri" verilişinin qonağı olan N.Allahverdiyeva həmin sənətkarın kimliyini açıqlamayıb:
"Allah hər şeyi görür, əgər günahım varsa, mənim cəzamı verir. Onun da günahı varsa, cəzasını verir. Səhvlərim var, amma bilmədən etmişəm. Bunu edən aktrisa dünyasını dəyişib, adını çəkmək istəmirəm. Sevilən aktrisa və xalq artisti olub. Allah onun günahlarını bağışlasın".