Müğənni Günay İbrahimli səmimi etirafı ilə diqqət çəkib.
"Sherg.az"ın məlumatına görə, "Söz Baz"ın kameralarına tuş gələn müğənni yeni yaşında evlənmək istədiyini söyləyib.
"Bir dəfə instituta girməyi arzulamışdım, gerçəkləşdi. 5-6 il idi ki, butik açmağı planlayırdım. Onu da etdim. Allah qoysa, 31 yaşımda isə gözəl ailəm olmasını istəyirəm. Çünki ailə başqadır, mütləqdir"-, deyə o bildirib.
Fevralın 10-da doğum gününü qeyd edən ifaçı həmkarlarından fərqli olaraq , doğum gününü yalnız xanımlarla keçirib.