“Sherg.az” xəbər verir ki, müğənni Nadir Qafarzadə həmkarı Manaf Ağayevə dəstək statusunu silib.
Məlumat üçün bildirək ki, “Maqazinaze” “İnstagram” səhifəsi N.Qafarzadənin paylaşımını silməsi ilə bağlı statusu izləyiciləri ilə bölüşüb. Sosial şəbəkə istifadəçiləri xəbərə münasibət bildirib.
“el_nara_aliyeva” adlı istifadəçi vurğulayıb:
“İndi Nadir guya demək istəyib ki, yaxşı eləmisən özünü “vorzakon” kimi aparmısan. Saymazlıq edirsən əcəb edirsən. Həmişə toyda yəni ki, həbsdə yox, toylarda olacaqsan..Yalandan həbs edilib yazıblar da. Sonra da yalanı örtmək üçün Manaf ona paylaşımı silməsini deyib. Bax, belecə şou əhli meydanda "at oynadır"”.
“srr.ssm1357” adlı istifadəçi isə bu sözləri qeyd edib: “Ssenari belə olacaq. Hamı bilir, 15 gündən sonra çıxacaq. Ona görə də “ürəksən, həyatsan, qardaşsan” yazacaqlar, ardınca isə Manaf “çətin günlərimdə yanımda filankəslər oldu” söyləyəcək”.
Qeyd edək ki, müğənni Nadir Qafarzadə həmkarı Manaf Ağayevin həbsinə münasibət bildirib. “Sherg.az"ın məlumatına görə, N.Qafarzadə "İnstagram" səhifəsində M.Ağayevlə fotosunu paylaşıb.
"Dəyərli dost, yaxşı sənətkar! Sən ürəksən!"-, deyə N.Qafarzadə vurğulayıb.
Yada salaq ki, müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar. Onların barələrində protokollar tərtib edilib.
Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.