Britni Spirs ondan öz xatirələrini danışmasını istəyirdi, rədd cavabı alıb

Dünya şöhrətli pop ulduzu Britni Spirsin şöhrət, karyera, analıq və azadlıq mövzularından bəhs edən “Məndəki qadın” adlı xatirə kitabı oxucuların görüşünə hazırdır. Sherg.az xəbər verir ki, öncədən sifariş verilə bilən kitab oktyabrın 24-də işıq üzü görəcək.

“İçimdəki qadın”ın audiokitabının da buraxılması planlaşdırılır. Spirs kitabının bir fəslini səsləndirib. Ancaq ulduz ailəsi ilə bağlı hissələri səsləndirmək istəməyib.

Spirsə yaxın mənbələr "Hekayəsini təkrar danışmaq onun üçün çox ağrılıdır" deyib. Bu səbəbdən kitabı səsləndirmək üçün başqa ad axtarışları başlayıb.

İddialara görə, "Legally Blonde" filmi ilə şöhrət qazanan aktrisa Riz Uizerspuna təklif gəlib. Lakin məlum olub ki, Uizerspunun bu təklifi rədd edib.

Aktrisa proqramına uyğun olmadığı üçün kitabı səsləndirə bilməyəcəyini bildirib.