“Sevgi, hörmət, zəhmət varsa, evlilik də gözəldir”

“İlk baxışda aşiq oldum...”

Sinəm Kobal həyat yoldaşı Kənan İmirzalıoğlu ilə münasibətlərindən danışıb


“İbrahim Səlimlə Bu gecə” proqramına qonaq olan türkiyəli aktrisa Sinəm Kobal həyat yoldaşı, sevilən aktyor Kənan İmirzalıoğluyla tanışlıqlarından, sevgi münasibətlərindən evliliyə aparan yoldan danışıb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, tamaşaçı rəğbəti qazanmaqda Kənan İmirzalıoğlundan geri qalmayan Sinəm Kobal aparıcının “ilk tanışlığınızı xatırlayırsınızmı” sualına “əlbəttə, xatırlayıram. Unutmaq mümkün deyil”, cavabını verərək bunları deyib: “Onu görən kimi həyəcanlandım. Deyə bilərəm ki, ilk baxışda aşiq oldum. Enerjisi çox yüksəkdi. 

Mənə güclü təsir etdi. Qolumdan tutdu, özünə tərəf çəkdi. Mən də müqavimət göstərə bilmədim. Bacarmadım. Məsələ evlilik deyil. Məsələ həyatını keçirmək, birgə yaşamaq istədiyin şəxslə necə ömür sürməkdədir. Ailədə sevgi, hörmət, zəhmət varsa, evlilik də gözəldir. Sırf evlənmək üçün evlənənləri anlamıram. Bir-birini sevən 2 ruh qarşılaşdıqda evlilik də xoşbəxt sonluqla nəticələnir”.  Cütlük 2016-cı ildə ailə qurub. 2020 və 2022-ci illərdə 2 qız övladı – öncə Lalin, sonra da Leyla dünyaya gəlib. Övlad sevgisindən danışan Sinəm Kobal “indi anamı daha yaxşı anlayıram”, söyləyib. Uzun müddətdir ekranlardan uzaq qalan Sinəm Kobal bəyəndiyi rol təklifi alarsa, çəkiliş meydançalarına qayıtmaq istədiyini deyib. Bir neçə ay öncə NTV kanalında Əhməd Mümtaz Taylanın "Empati" proqramına qonaq olan Kənan İmirzalıoğlu da Sinəm Koballa evliliyindən danışıb. Aktyor “Sevgiyə inanıram. Sevgi yəqin ancaq filmlərdə qalıb” deyə düşündüyüm zaman Sinəm qarşıma çıxdı və mən həqiqi eşq yaşadım. İlk baxışda aşiq olmadım, yox. Dördüncü görüşümüzdə onu sevdiyimi anladım”, - deyib.