83 yaşında dördüncü dəfə ata oldu: Ödəyəcəyi aliment heyrətləndirdi

"Xaç atası" və "Çapıq üz" filmlərinin unudulmaz ulduzu Al Paçino 29 yaşlı sevgilisi Nur Alfallahdan uşaq dünyaya gətirib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, iyun ayında ata olan Al Paçinonun 29 yaşlı sevgilisinə ödəyəcəyi aliment açıqlanıb. 
TMZ-nin əldə etdiyi sənədlərə görə, usta aktyorun Alfallaha qabaqcadan 110 min dollar verdiyi və hər ay təxminən 30 min dollar ödəməyə davam edəcəyi bildirilir.
Həmçinin aktyorun oğlunun təhsil fondu üçün hər il 15 min dollar ödəyəcəyi məlum olub.
Digər tərəfdən onun gəlir səviyyəsindən asılı olaraq  ilin sonuna kimi daha 90 min dollar verməsi mümkündür.
Qeyd edək ki, cütlük körpənin doğulmasından 3 ay sonra ayrılıb.
Xatırladaq ki, ulduz əvvəlki münasibətlərindən də üç uşaq atasıdır.
Onun Beverli D'Anjelo ilə münasibətindən Olivia Pacino və Anton James Pacino adlı 22 yaşlı əkizləri, Jan Tarrantla münasibətindən Julie Pacino adlı 33 yaşlı qızı var.
Mənbə: Haber Global