İrem Derici Gökhan Fırata eşq elan edib


Atakan Işıktutanla yollarını ayıran İrem Derici yeni sevgiyə yelkən açıb. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, məşhur müğənni Gökhan Fıratla fotosunu sosial media hesabında paylaşıb.

"Survivor"ın keçmiş iştirakçısı Atakan Işıktutandan ayrılmaq qərarına gələn məşhur müğənni İrem Derici yeni münasibəti ilə gündəmə gəlib.
Bu yaxınlarda sosial media hesabında fotoqraf və rejissor Gökhan Fıratla əl-ələ fotosunu paylaşan müğənni yeni sevgilisi ilə güzgü qarşısında poza verib.

Müğənni paylaşımına “Və gözləyəndə darıxanda əsəbiləşir” şərhini yazıb.

Derici sosial media hesabından 8 aydır birlikdə olduğu Atakan Işıktutanla ayrıldığını açıqlayıb.