Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi müəyyənləşib -VİDEO

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi müəyyənləşib.
Bu barədə Sherg.az -a DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır: “Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.