Hülya Avşarı o xilas edib

Avşar qızı xilaskarının adını açıqladı
 

 Türkiyəli məşhur müğənni və aktrisa Hülya Avşar illər əvvəl rol aldığı filmdəki çəkiliş səhnəsindən danışıb. Məşhur sənətçi qonaq olduğu tv-proqramda illər əvvəl başına gələn əhvalatı xatırlayıb.
 “Sherg.az” “Milliyyet.com.tr”yə istinadən bildirir ki, Hülya Avşar məşhur aktyor Kadir İnanırın çəkiliş meydançasında onun həyatını xilas etdiyini deyib: “Kadir çəkiliş meydançasında göstərişlər verən set işçisinə xəbərdarlıq etdi, onun diqqəti sayəsində böyük qəzadan xilas oldum”. 1980-90-cı illərdə türk kinosunda bir çox filmdə kamera qarşısına keçən və son olaraq “'Məsumiyyət” (2021) serialında rol alan Hülya Avşar "Empati" verilişində qonaq olub. 60 yaşlı aktrisa illər əvvəl "Yeşilçam"ın əfsanəsi Kadir İnanırın da rol aldığı filmdə ölümdən döndüyünü açıqlayıb. Avşar çəkiliş meydançasında yaşadığı hadisəni belə danışıb: “Ölüm səhnələrində aktyorlara geyimin altından qoruyucusu olan partlayıcı taxırlar. Mən bundan qorxuram. Set işçilərinə dedim ki, çox partlamasın, birini ürəyimə qoyun, güllə oradan dəysin, ölüm. Onlar da məni dinlədilər. Amma bu anda Kadir gəldi. Demə, geyimin altından qoyduqları detonatorun ucu görünürmüş, o, “olmaz, onu tez ürəyindən çıxar”, dedi. Kadir detonatoru ürəyimdən çıxarmasaydı, mən öləcəkdim. Sonra məlum oldu ki, detonator məhvedici gücdə imiş. Bunu set işçiləri bilməyib”. Hülya Avşar, "İşçilərdən biri spirtli içki qəbul edirdi, səhər özünə gəlib, haradansa detonator tapıb gətirib. O partlayışı gördüm, mən orada olsaydım, öldürəcəkdi məni. Partlayış hər yerə yayıldı. Kəlmeyi-şəhadət gətirmişdim, şükür, sağ qalmışam, Kadir sayəsində”.