Ardıcıl beş dəfə Forbes siyahısında ən gənc milyarder olan Kylie Jenner, özəl təyyarəsi ilə etdiyi uçuşlar səbəbiylə reaksiyaların mərkəzində olub.
Sherg.az xəbər verir ki, kosmetika imperatriçası 2025-ci ilin əvvəlindən indiyədək şəxsi təyyarəsindən 11 dəfə istifadə edib.
"Daily Mail"-in məlumatına görə, Cenner yanvarın 16-da bir gündə üç uçuş edib.
Los-Ancelesdə yaşayan 27 yaşlı Cenner meşə yanğınları davam edərkən 70 milyon dollarlıq şəxsi təyyarəsindən istifadə etdiyi üçün tənqidlərə məruz qalıb.
Yanğınlarda iqlim böhranının da amil olduğu güman edilir, ona görə də şəxsi təyyarələrdən istifadə edənlər iqlim cinayətkarı elan edilir.
CelebrityJets tərəfindən izlənilən statistik məlumatlara görə, Cenner yanvarın 1-dən etibarən uçuşları zamanı 162 ton karbon qazı emissiyasına səbəb olub. Bu, 33 evin bir il ərzində elektrik enerjisindən istifadəsinə bərabərdir.
Cennerin 2024-cü ildə 195 uçuş həyata keçirdiyi məlumdur.