
Pərakəndə dövriyyədəki artım mövsümi faktorlarla bağlıdır -İqtisadçı
10:55 30.06.2025
İqtisadiyyat
378
2025-ci ilin yanvar-may aylarında Bakı şəhəri pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 13 milyard 761,5 milyon manata çatıb.
Bu barədə Teleqraf-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata əsasən, bu dövrdə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 5,7 faiz artaraq 7 milyard 508,1 milyon manat təşkil edib. Qeyri-ərzaq mallarının satışı isə 3,8 faiz artaraq 6 milyard 253,4 milyon manata yüksəlib.
Pərakəndə ticarət dövriyyəsinin real ifadədə artım tempinə baxdıqda müəssisələr üzrə bu göstərici 7,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3,0 faiz olub.
İstehlak məhsullarının satış strukturuna gəldikdə, dövriyyənin 39,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 51,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərinin, 8,8 faizi isə paytaxtın əmtəə bazarlarının payına düşüb.
İqtisadçı Razi Abbasbəyli “Sherg.az”a bildirib ki, Bakıda pərakəndə ticarət dövriyyəsinin 4.7 faiz artması müxtəlif amillərlə bağlıdır:

“Rəsmi statistik məlumatlara əsasən, sözügedən dövrdə ölkədə inflyasiya səviyyəsi 2.7 faiz təşkil edib. Lakin bu müddət ərzində əməkhaqları və pensiya ödənişlərində nəzərəçarpacaq artım müşahidə olunmayıb. Pərakəndə dövriyyədəki artım əsasən mövsümi faktorlarla, xüsusilə də yay turizm dövrünün fəallaşması ilə izah oluna bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Bakı şəhəri əhalinin sıx məskunlaşdığı və ticarət dövriyyəsinin əsas hissəsinin gətirildiyi bir mərkəz kimi regionlardan tədarük olunan kənd təsərrüfatı məhsullarının böyük hissəsini özündə cəmləşdirir. Lakin bu hal, bazarın genişlənməsini əhalinin real gəlirlərinin artması ilə eyniləşdirməyə əsas vermir. Əsas diqqət məhsulun bazarda dövriyyəyə daxil olan fiziki həcminin artıb-artmamasına yönəlməlidir. Məlum tədarük göstəricilərinə əsasən, bazara çıxarılan məhsulun ümumi həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artmamış, əksinə, bəzi strateji meyvə-tərəvəz məhsulları üzrə tədarükdə azalma qeydə alınıb. Beləliklə, pərakəndə dövriyyədəki 4.7 faizlik artımın əsasən qiymət artımı ilə bağlı olduğunu demək mümkündür. Bu artım real iqtisadi inkişafın və ya əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinin göstəricisi kimi deyil, daha çox qiymət səviyyəsindəki dəyişmələrin statistikasına əsaslanan nominal artım kimi qiymətləndirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol