İsrail tanklarının insan kütləsinə atəş açması nəticəsində azı 59 fələstinli həlak olub
22:36 20.07.2025
Dünya
321
İyulun 15-də İsrail tanklarının Qəzza zolağına humanitar yardım aparmağa çalışan insanları atəşə tutması nəticəsində azı 59 nəfər həlak olub.
APA xəbər verir ki, bu haqda “Reuters“in mənbələrə istinadən verdiyi məlumatda deyilir.
“İsrail tankları çərşənbə axşamı Qəzza zolağında yük maşınlarından yardım almağa çalışan kütləyə atəş açıb, ən azı 59 nəfər həlak olub”, - deyə agentlik yazıb.
Şahidlərin agentliyə verdiyi məlumata görə, İsrail tankları yardım almaq üçün Xan Yunis şəhərində toplaşan minlərlə insan kütləsinə azı iki mərmi atıb.
İsrail ordusu “Reuters“ə tanklar tərəfindən atəş açıldığını təsdiqləyib və hadisənin araşdırıldığını bildirib.
Hadisə nəticəsində 59 nəfərin həlak olduğu, azı 221 nəfərin isə yaralandığı bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya