
Rusiya ərzaq buğdasının idxalından Azərbaycanın əleyhinə istifadə etməyə çalışacaq -İqtisadçıdan ŞOK PROQNOZ
13:37 22.07.2025
İqtisadiyyat
486
Rusiya ilə münasibətlərin normallaşması halında qiymətlərin sabitləşəcəyi, əks halda isə artım tendensiyasının davam edə biləcəyi ehtimal olunur
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb
Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu ayın 21-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25.8-28 manat təşkil edib.
Həmçinin, Bakı şəhərində və Abşeron rayonunda 26.5-27.3 manat civarında dəyişib.
İqtisadçı Razi Abbasbəyli “Sherg.az”a bildirdi ki, ilin bu dövründə qiymət dinamikasının dəyişməsi gözləniləndir:

“Əvvəlki illərin statistikası bu tendensiyanı təsdiqləyir. Yerli tədarük prosesinin hələ tam başa çatmaması, ərzaqlıq buğdanın ehtiyat anbarlara toplanması ilə bağlı məlumatların qeyri-müəyyənliyi və bazarda qeyri-bərabər rəqabət mühiti qiymətlərin formalaşmasına təsir göstərir. Dövlət, unun strateji məhsul olması səbəbindən, qiymətlərin sabitliyini təmin etmək məqsədilə mütəmadi monitorinqlər və güzəşt mexanizmləri tətbiq edir. Lakin psixoloji faktorların rolu da nəzərəçarpacaqdır. Azərbaycan illik ərzaqlıq buğda tələbatının 70%-dən çoxunu Rusiyadan idxal edir. Son dövrlərdə iki ölkə arasındakı münasibətlərdəki gərginlik və idxal prosesindəki qeyri-müəyyənlik bazarda psixoloji təzyiq yaradır. Əgər Rusiya ilə münasibətlər normallaşmasa və ərzaq buğdasının idxalı ilə bağlı asılılıq davam edərsə, Rusiya bu imkandan Azərbaycanın əleyhinə istifadə etməyə çalışacaq. Rusiya ilə münasibətlərin normallaşması halında qiymətlərin sabitləşəcəyi, əks halda isə artım tendensiyasının davam edə biləcəyi ehtimal olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya