İstanbul görüşündə Rusiya və Ukrayna arasında üç işçi qrupun yaradılması təklif edilib
21:44 23.07.2025
Dünya
295
Rusiya Ukrayna tərəfinə 7 000-dən çox hərbçinin cəsədini təhvil verib.
APA xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski İstanbulda Ukrayna ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya siyasi, humanitar və hərbi məsələlər üzrə fəaliyyət göstərəcək üç işçi qrupunun yaradılmasını təklif edib. Bu qruplar onlayn formatda işləyəcək.
Medinski deyib ki, tərəflər hər biri üzrə azı 1200 hərbi əsirin qarşılıqlı qaytarılması barədə razılığa gəliblər. Həmçinin Rusiya tərəfi əlavə olaraq daha 3 000 ukraynalı hərbçinin meyitinin qaytarılmasını təklif edib. Əgər Ukrayna tərəfi Rusiya hərbçilərinin cəsədlərini təqdim edə bilsə, bu rəqəm artacaq.
"Ukrayna texniki cəhətdən cəsədləri qəbul etməyə hazır olduqda, onların təhvil verilməsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçiriləcək", - rusiyalı diplomat qeyd edib.
Medinski həmçinin qeyd edib ki, Ukraynada saxlanılan Kursk vilayətinin mülki sakinlərinin statusuna da aydınlıq gətirilməlidir. Onun sözlərinə görə, razılaşdırılmış 101 bənddən bəziləri yerinə yetirilməyib və Kurskdan olan bütün mülki şəxslər hələ də evlərinə qayıtmayıb.
Diplomat Putin və Zelenski arasında görüş ehtimalına da münasibət bildirib.
"Liderlər arasında görüş yalnız bütün detallı işlər yekunlaşdırıldıqdan sonra baş tuta bilər. Belə bir görüş ancaq o zaman məna kəsb edər ki, prezidentlər sülh prosesində yekun qərar verməyə hazır olsunlar", - Medinski vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə