Aktrisa: "Oyuncaqlara xərclədiyim pulları toplasaydım, çoxdan ipoteka ilə ev almışdım"
08:45 18.01.2020
Şou
603
Bəlkə də indi söyləyəcəyimə inanmayacaqsınız, amma pulumun əsas hissəsini oyuncaqlara xərcləyirəm. Əgər oyuncaqlara xərclədiyim pulları toplasaydım, çoxdan ipoteka ilə ev almışdım.
Bu sözləri tədbirlərin birində qonaq qismində iştirak edən məşhur aktrisa Sevinc Əliyeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib:
“Pullarım uşaqlarımın oyuncaqlarına xərclənir və yaşadığım evin xərclərinə gedir. Hesablayın ki, evdə üç dənə uşaq böyüdürəm hər bazar onlarla birlikdə gəzməyə çıxırıq. Min şükür ki, Allah ruzu yetirir. Xərcləməmək olmur”.
“Ölkədə çox işləyən beş aktrisa varsa onlardan biri mənəm” - söyləyən cazibədar aktrisa fikirlərinə belə davam edib:
Hazırda iki seriala çəkilirəm, əlimdə bir film də var. Sentyabr ayından may ayına kimi işlərim var. Durmadan, dayanmadan çalışıram. Bununla barəbər “Instagram”dan da pul qazanıram.
Səhifəmdə reklam xarakterli məlumatlar paylaşıram. Ucuz reklam əsla götürüb, paylaşmıram.
Çalışıram sosial media hesabımın həm də simamın səviyyəsini qoruyub-saxlayım. Amma oradan nə qədər pul qazandığımı sirr saxlayıram.
Mən çalışıram ki, kəmiyyətə deyil, keyfiyyətə işləyim. Gələn təklifləri beynimdə çox analiz edirəm. Hər gələn təklifə razılıq vermirəm. Bu işdə “Az olsun amma saz olsun” prinsipinə əməl edirəm”.
Ətək-ətək gözəlliklərinə, geyim-keçimlərinə pullar xərcləyən bir çox sənətçilərdən fərqli olaraq məşhur aktrisa saç və makiyajına pul xərcləmədiyini söyləyib:
“Gözəlliyimə pul xərcləmirəm. Ölkənin ən öndəgedən və məşhur stilistləri dostlarımdır. Saç, makiyaj ustaları və kosmetoloqlar yaxın dostlarımdır. Sağolsunlar onlar məndən pul almırlar.
Məni pulsuz bəzəyirlər. Geyimlərimə çox pul xərcləmirəm. Bədxərc deyiləm. Misal üçün əgər xaricə səfərə gedirəmsə, orada istirahət edirəmsə bədxərclik edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə