Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri “Saudi Aramco” şirkətinin obyektinə hücum etməyə çalışan pilotsuz uçuş aparatını zərərsizləşdirib.
APA xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dron hücumu cəhdi nəticəsində azı 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.
Hadisə Səudiyyə Ərəbistanının şərqində yerləşən şirkət obyektində qeydə alınıb.
Nazirliyin məlumatına görə, insident “Saudi Aramco” obyektinin fəaliyyətinə təsir göstərməyib.
Hücumun kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.