Ukrayna Rusiya MN-in Moskva viayətində yerləşən hərbi zavodunu vurub

Ukrayna ordusu Rusiya Müdafiə Nazirliyinin Moskva vilayətinin Serpuxov şəhərində yerləşən "75 Arsenal" hərbi zavodunu vurub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hərbi zavoda PUA-lar və raketlərlə zərbə endirilib.

Nəticədə zavodun və hərbi hissənin ərazisində partlayışlar baş verib.

"Arsenal" zavodu silah və sursat istehsal edir, hərbi texnika, artilleriya sistemləri və Buk-M1, Buk-M2 və S-300V hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hava hücumundan müdafiə sistemlərini təmir və bərpa edir.