Ancelina Coli evini 24,75 milyon dollara satdı

Hollivud ulduzu Ancelina Coli Los-Ancelesin Los-Felis (Los Feliz) bölgəsində yerləşən tarixi malikanəsini 24,75 milyon dollara satıb.

Sherg.az "Habertürk"ə istinadən xəbər verir ki, aktrisa 2017-ci ildə 24,5 milyon dollara aldığı mülkü may ayında 29,85 milyon dollara satışa çıxarsa da, nəticədə onu daha aşağı qiymətə satıb.

6 yataq otağı və 10 vanna otağı olan malikanə 1916-cı ildə məşhur rejissor Sesil B. DeMill tərəfindən alınıb. Daha sonra qonşu ev də alınaraq mülklə birləşdirilib.

Məlumata görə, Coli uzun müddətdir ABŞ-dan köçmək planlarını açıqlayır. Əkiz övladlarının 18 yaşına çatmasından sonra bu planı sürətləndirdiyi bildirilir. Aktrisanın əsas diqqətini Kambocadakı fondu və digər beynəlxalq fəaliyyətlərinə yönəldəcəyi qeyd olunur.

Coli və Bred Pitt 2016-cı ildə ayrılıb, boşanmaları isə 2024-cü ilin dekabrında rəsmiləşib. Bununla belə, onların Fransadakı şato və üzüm bağlarının bölüşdürülməsi ilə bağlı hüquqi mübahisəsi davam edir.