Azərbaycanlı gənc model “Oskar” alan aktyorla münasibətini etiraf etdi - FOTO
14:57 23.01.2020
Şou
612
Tanınmış azərbaycanlı model və “fashion” bloqer Ruslana Cavadova sosial şəbəkə izləyicilərinə məşhur Hollivud aktyoru ilə görüşməsindən və onunla ünsiyyətini dayandırmasından söz açıb.
Oxu.Az xəbər verir ki, “Ruslana Gee” adı ilə tanınan model “Instagram” izləyicilərinə aktyorun “Oskar Akademiya Mükafatı”nın sahibi olduğunu bildirsə də, lakin onun adını açıqlamaqdan boyun qaçırıb:
“Bəlkə çoxları bunun saxta hesab olduğunu düşünürlər, amma bu belə deyil. Birincisi, məşhurlar bizim kimi insanlardır və onlar da tənhadırlar. İkincisi, bizim gözləntilərimizə rəğmən, onlar məşhur olmayan bir şəxslə ünsiyyət qurmalarını özlərinə əksiklik saymırlar. Üçüncüsü, ən adi sosial şəbəkə tətbiqetməsi ilə bir-birimizi tanımamışıq. Həmin sosial şəbəkə bütün istifadəçilərini qəbul etmir. Qəbul edilənlərin isə şəxsiyyət vəsiqələrinin nüsxələrinin göndərilməsini və yoxlanılmasını ciddi şəkildə nəzarət edir”.
İnternetdə paparatsilər tərəfindən lentə alınan aktyorun son fotolarını gördükdən sonra Ruslana məyus olub. Onun həddən artıq yaşlaşması və qoca babaya bənzəməsi modelin gözündən yayınmayıb. Bloqerin dediyinə görə, o məşhur aktyorla şəxsi maraqlarına görə, əlaqə yaratmadığı üçün onunla yazışmaları dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Hələ məktəb illəri zamanında o, moda və gözəllik sahələrinə maraq göstərib.
2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən keçirilən illik “L'Officiel” mükafatlarında iki kateqoriyaya - "Ən yaxşı Model" və "Ən yaxşı Moda Bloger" mükafatlarına layiq görülüb.
Cavadova həm də zərgərlik dizayner işi ilə məşğul olur. İstanbulda oxuyan Ruslana daha sonra təhsilini Los-Ancelesdə davam etdirmək üçün okeanın o tayına köçüb.
Hazırda Ruslana Amerikada yaşayır və bloqerlik fəaliyyətini uğurla davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə