İcra Hakimiyyətindən “Bu şəhərdə”yə cavab: “Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?”
17:48 22.01.2020
Şou
590
“Bu şəhərdə”nin Sumqayıtdakı konserti təxirə salınıb. Bu barədə komandanın instaqram səhifəsində məlumat verilib.
Qeyd olunub ki, martın 1-2-si üçün nəzərdə tutulan proqram baş tutmayacaq:
“Artıq 15 gündür ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib. Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si “Bu şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.
Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zalnan danışılır. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu şəhərdə”yə Sumqayıtda icazə vermədilər”.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Modern.az-a açıqlama verib:
“Konsertin keçirilməsi ilə bağlı bizə müraciət olunub. Məktublara da prosedur qaydasına uyğun olaraq cavab veriləcək. Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb? Əslində bu barədə mən Müşviq bəylə danışdım, bildirdim ki, məktubun baxılması məsələsi hardasa bir neçə gün vaxt alır. Tam baxılandan sonra cavab veriləcək. Əgər istəsələr konsert təşkil olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə