Nura Suri: "Atışma səslərini eşitdikdə oyanıb, evdə yerə uzandıq"
12:47 20.01.2020
Şou
545
Bu qanlı faciə yaddaşıma silinməz iz kimi həkk olunub. Bu bir millətin həm birliyi, şərəfi, qəhrəmanlığı, həm də faciəsi idi. Bu sözləri müğənni Nura Suri Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.
O, həmin dəhşətli illəri epizodlarla xatırladığını bildirib:
“1990-ci ildə mənim 13 yaşım var idi. O zaman valideyinlərim bir çoxları kimi Azadlıq meydanına gedirdi. Bir dəfə ora gedəndə məni də özləri ilə birlikdə apardılar. Nələrin baş verdiyini tam anlamırdım. Hamımız həyacan içində idik. Bu hadisələr epizodlarla yadımdadır.
Yanvarın 19-dan 20-sinə keçən gecə şəhəri atəş səsləri bürümüşdü. Bütün ailə bir yerdə olsun deyə yanvarın 19-u anam söylədi ki, nənəmgilə gedək. Bütün yollar bağlı idi. Biz o zamanlar “Sovetskiy” deyilən ərazidə yaşayırdıq. Nənəm isə səkkizinci mikrorayonda, keçmiş “Lenin”, indiki “Azadlıq” prospektində qalırdı. Yollar bağlı olduğundan nənəmgilə ayaqla yürüyərək getdik. Yollarda həddindən artıq çox insan var idi.
Atışma olan gecə nənəmin evində idik. Atışma səslərini eşitdikdə oyanıb, hamınız evdə yerə uzandıq ki, pəncərəyə güllə dəysə, biz xəsarət almayaq.
Səhərisi gün yəni yanvarın 20-si gördüklərimiz bir dəhşətli yuxuya bənzəyirdi. Amma əfsuslar olsun ki, bu, yuxu yox, acı və qorxunc reallıq idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə