Pərvin Abıyeva: "Desəydilər ki, bir neçə ilə aktrisa olacaqsan, gülərdim"
17:29 25.01.2020
Şou
632
"Bu şəkildə çox gəncəm. Ancaq zirvəyə doğru baxan, həyata böyük ümidləri olan, günün birində ölkədə çox tanınan biri olacağını ağlına belə gətirməyən qız... Hər halda, o vaxtlar desəydilər ki, sən bir neçə ilə aktrisa olacaqsan, ya da başına bu hadisələr gələcək, gülərdim".
Oxu.Az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva yaxın keçmişdə çəkdirdiyi şəkili yayımlayaraq “Instagram” hesabında yazıb. Abıyeva uzun fasilədən sonra sosial media səhifəsində paylaşım edərək, dilə gəlib:
“Çox vaxt filmlər həyatdan götürülüb çəkilir, ya da filmə baxıb, eyni həyatdakı kimidir, deyirik. Amma həyat film deyil. Həyat çətindir, ağırdır. Həyatda “burada alınmadı, növbəti dubl” deyə bilmirik. Bir dəfə yaşayırsan və bitir, növbəti dəfə başına nə gələcəyini bilmirsən: gözəl, ya da pis bir hadisə. Bizdə filmlərdə görmək istədikləri qədərini göstərirlər, real həyatdan götürülən bir ssenari olsa belə, orada hər şeyi olduğu kimi görə bilmirik.
Mən də beləyəm, sizlər mənim sizin görməyinizi istədiyim qədərini görür, tanıyırsınız. Nə yaşadığım, nə hisslər keçirdiyimi, necə biri olduğumu mən bilirəm. Həyatımı müzakirə etməyi heç kimə icazə vermirəm, eləcə də heç kimin həyatını müzakirə etmirəm. Çünki mən də sizləri tanımıram. Həyatda başımıza hər şey gələ bilər, gələcək də. Hər birimiz hər zaman xoşbəxt olacağıq deyə bir hal yoxdur. Sevdiyimiz heç kimi itirməyəcəyik deyə, bir şey yoxdur. Önəmli olan insanlığı itirməyək”.
Qeyd edək ki, P.Abıyevanın sevgilisi, keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev Yeni il gecəsi qəflətən ölüb. Mərhumun müəmmalı səbəbdən öldüyü deyilsə də, Kiyev Şəhər Məhkəmə Tibbi Ekspertizasının rəyindən məlum olub ki, C.Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə