Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi" - FOTO
11:40 24.01.2020
Şou
615
Mərakəş səfərim olduqca rəngarəng və maraqlı keçdi. Orada ərəb qadınları kimi geyinirdim. Hamı elə bilirdi ki, ərəbəm, arxamca düşüb tanış olmaq istəyirdilər. Müəlliməm mənə olan diqqəti görüb əlimdən tutub oradan qaçırdı.
Bu sözləri Oxu.Az-a açıqlamasında oriental rəqslərin mahir ifaçısı Renka ləqəbi ilə şou-biznesdə tanınan Rəna Ağamuradova deyib.
Şəhəri ələk-vələk edən cazibədar rəqqasəni ərəb qaçırmaq istəyib.
“Bazarda idik, ərəblərdən biri əlimdən tutub mənə nəsə deməyə başladı. Ərəb dilini bilmədiyimdən, onun söylədiklərini anlamadım. Nədənsə, zənn edib ki, mən ərəbəm. Xoş sözlər söyləyib, məni qaçırmaq istəyirdi. Məni özünə, yəqin, beşinci həyat yoldaşı etmək istəyib (gülür)”, - deyə Renka bildirib.
Mərakeşdə adrenalin dolu 12 gün keçirən Renkanı ərəb kişilər hədiyyə yağışına tutublar:
“Deyirlər ki, Mərakeşdə gözəl qızlar çoxdur. Amma bu belə deyil. Qəşəng qız elə mən idim. Hansı mağazanın yanında durub, danışıb söhbət edirdimsə, satıcılar məni hədiyyə yağışına tuturdular. Hədiyyə ilə yanaşı, öz nömrələrini verənlər də az deyildi. Bolluca gəzdim, bahalı şəhər deyil. 12 günlük səfərim mənə beş min manata başa gəldi.
Mərakeşə yeni fotosessiya və klip çəkilişi üçün getdim. Oralarla çox maraqlanırdım. Saxara səhrasına getdim, dəvələrlə çəkilişlərimiz oldu. Bu şəhərin hər bucağı Şərqdən xəbər verir. Bu səyahətimdən ləzzət və kef aldım”.
Gözəlliyi ilə əks cinsin nümayəndələrinin diqqətini cəlb edən Ağamuradova üzləşdiyi təhlükə dolu hadisələri yada salıb, qorxu və həyəcan keçirdiyini dilə gətirib:
“Mərakeş və Kasablankada oldum. Mərakeş şəhəri çox təhlükəlidir. Hər an orada oğurluqlar baş verir. Mənim çantamı da oğurlamaq istəyirdilər. Oğruların çoxu oğurluğu “moped”lə edirlər. Onlar yüksək sürətlə yanımdan keçərək çantamı götürmək istəyirdilər. Amma o anda çantamdan bərk yapışmışdım, buna rəğmən, əl çəkmədilər. Oğrular polisin işə qarışdığını gördükdə, çirkin əməllərindən vaz geçməli oldular. Kriminal hadisələr bu şəhərdən əksik deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə