Şou əhlinin sosial şəbəkələrdən əldə etdiyi gəlir AÇIQLANDI
Yusif Sultanoğlu
12:34 22.06.2021
Şou
759
“MTV Azərbaycan” şou əhlinin sosial şəbəkələrdən əldə etdiyi gəliri araşdırıb.
“Sherg.az” xəbər verir ki, şirkətlərin reklam üçün ən çox müraciət etdiyi məşhurların Röya Ayxan, Aygün Kazımova, Tünzalə Ağayeva, Sevil Sevinc bacıları, Günay İbrahimli, Sevda Yahyayeva olduğunu söyləyib. S.Yahyayeva reklam məsələsində çox seçiçi olduğunu xüsusi vurğulayıb:
“Bunu bütün dünya ulduzları edir. Bizdə niyə olmasın?! Qiymət açıqlamayacam. Belə məsələləri sevmirəm. Mən də pul qarşılığında paylaşmışam. Həddən artıq reklam təklifləri gəlib. Baxıram ki, nəyi paylaşa bilərəm. Hər şeyi qəbul etmirəm”.
Müğənni Nihat Məlik isə əldə etdiyi qazancın miqdarını açıqlayıb:
“İnstaqramda reklam təklifləri gəlib. Qəbul etməmişəm. Mən müğənniyəm və öz sənətimi nümayiş etdirirəm. “Youtube” daha çox gəlir gətirir. İnstaqram səhifəmdən pul qazanmıram. “YouTube”dən 5-7 min dollar məbləğində qazancım olub”.
Aparıcı Çinarə Əliyeva İnstaqram hesabında reklam üçün paylaşımlar etdiyini bildirib:
“Hekayə bölümündə 24 saatlıq paylaşım 300 manatdır. Səhifəmdə paylaşım isə 500-lə 1000 AZN arasında dəyişir.
Aktrisa Pərvin Abıyeva isə İnstaqram sayəsində dolandığını deyib:
“Yetəri qədər gəlir olmasa da , heç yoxdan yaxşıdır. Məndə şərtlər çoxdur. Hekayə bölümündə bir post 500 manatdır”.
Xatun Əliyevanın prodüseri Pənah Eldar hekayə bölümündə 500-1000 manat, əsas səhifədə isə 2000-1500 manata paylaşım edildiyini söyləyib.
Nazənin Salayevanın prodüseri Pərviz Fəqan qeyd edib ki, dost şirkətlərə reklam ödənişsizdir:
“Ya biz çox pul alırıq, ya da heç almırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya