“Təhminə”nin "Spartak"ı: "Hələlik mən də qoca deyiləm"
10:10 14.01.2020
Şou
781
"Ümid edirəm ki, bir neçə ilə daha yaxşı filmlər və digər işlər görə biləcəyik".
Bunu Oxu.Az-a açıqlamasında Əməkdar artist Füzuli Hüseynov deyib. O bildirib ki, indiki kinomuzun, filmlərimizin vəziyyətini və gənclərimizin işlərini çox yaxşı qiymətləndirir: “İnsanlar səhv edə-edə hər bir şeyi düzəldirlər. Biz də səbr edirik. İnşallah sonda hər şey düzələcək.
Gənclərimizi sevirəm. Çox istedadlı gənclərimiz var. Hələlik mən də qoca deyiləm (gülür).
Hesab edirəm ki, yaxşılığa doğru bir çox addımlar atılır. Ümid edirəm ki, bir neçə ilə daha yaxşı filmlər və digər işlər görə biləcəyik”, - deyə Əməkdar artist bildirib.
Televiziyalarda az-az görünməsinə gəlincə, Əməkdar artist bunun belə olmasının daha məsləhətli olduğunu qeyd edib:
“Efirlərə az-az çıxıram. Belə olması da yaxşıdır. Çünki mən az olsun, amma “dadlı” olsun prinsipi ilə işləyirəm. Hazırda yeni film layihəm var. Ancaq teatrla bağlı yenilik yoxdur. Sakitlikdir”.
Əməkdar artist səhhətində hər şeyin qaydasında olduğunu deyib.
Qeyd edək ki, Füzuli Hüseynov “Təhminə” filmindəki “Spartak” rolu ilə tanınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm