Türkan Vəlizadə: "İnsan gərək nə qədər ağılsız olsun ki, 10 min manat pul versin"
19:39 25.01.2020
Şou
1545
“İnstagram” hesabımda reklam xarakterli nə paylaşıramsa, deməli, dost və tanışlarım bunu məndən xahiş ediblər. Sırf qazanc naminə, pul üçün etmirəm.
Bu sözləri müğənni Türkan Vəlizadə Xəzər TV-də yayımlanan “X maqazin” proqramında deyib.
Sənətçi bir paylaşıma görə 10 min manat pul alan həmkarlarını məsxərəyə qoyaraq, efir vasitəsilə biabır edib:
“Biri üç, biri beş, biri də on minə reklamı öz səhifəsində paylaşır. İnsan gərək nə qədər ağılsız olsun ki, on min manat pul versin, “İnstagram”da məhsulunu paylaşsınlar. Mən bunu eşidəndə şoka düşdüm”.
T.Vəlizadə sosial media hesabında nə qədər aktiv olsa da, oradan pul qazanmadığını açıq şəkildə dilə gətirib. Hələ üstəlik, bəzi geyim mağazalarının rəhbərlərini yıxıb-sürüyüb:
“Hansı mağazadan hər hansısa libas götürüb geyinirəmsə, heç birindən pul almamışam.
Sadəcə, əynimdə daşıdığıma görə həmin geyim və geyimi satan mağaza reklam olunub. Bəzi mağaza rəhbərlərinin beyinləri görün, nə qədər inkişaf etməyib ki, “bu insan bizə hörmət edir, reklam etdiyinə görə bizdən pul almır, bəlkə buna bu geyimi hədiyyə edək və ya həmin geyimi özü almaq istəyirsə, endirim edək”, kimi şeylər haqqında heç düşünmürlər. İnanın ki heç o endirimi belə bizə etmirlər. Mən axı niyə görə onları reklam etməliyəm? Gedib pulumu verib, alıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə