Xalq artisti: "Çox yüksək təbəqəyə çıxıram"
07:58 23.01.2020
Şou
550
Niyə müzakirə olunan sadəcə müğənninin dekoltesidir? İki dəfə paltardan yazanda, üç dəfə də başqa xəbərlər yazsınlar. Bu, sözün yaxşı mənasında populyar olan insanın aqibətidir. Onun haqqında yazmalıdırlar.
Mən bunu artıq anlayıram və belə də qəbul edirəm. Mənim prodüserim Yalçın bu mövzuda tam əksini düşünür. O söyləyir ki, “Mən etiraz etmirəm, qoy sənin dekolteni müzakirə etsinlər. Bu mövzu sosial medianın diqqətini bu dərəcədə çəkirsə, mən yalnız müsbət fikirdəyəm”.
Bu sözləri son günlər geyindiyi açıq-saçıq geyimlərə görə, sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunan Xalq artisti Tünzalə Ağayeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib:
“Səhnə geyimimin ideyası və müəllifi tanınmış modelyer Gülnarə Xəlilovadır. Geyindiyim libasların parçaları “Coutier”lara aiddir. Hər hansı bir libasın nəinki ideyası, onun bazası da çox önəmlidir. Bizə parça çeşidləri Fransa, İtaliyadan gəlir.
“Dior”un özəl istehsalı olan parçalardan libaslarım tikilir. Dünyada bu parçanı alan üç nəfər varsa, onlardan biri də mənəm. Geyimlərimə xərclədiyim pulların məbləği olduqca yüksəkdir. Əfsuslar olsun ki, qiymətini açıqlaya bilmərəm (gülür).
Dünya ulduzları da bahalı geyinir. Bəlkə də, biz onların etdiklərinin ən zəifini edirik. Elə olub ki, paltarımın ümümi büdcəsi 200 manatı keçmir. Amma elə olub ki, dilə gətiriləsi məbləğ deyil. Yəni, libasım çox bahalı olub. Çox məşhur markalara müraciət edirəm. Bu məsələyə özəlliklə yanaşırıq. Sənətim və görünüşüm bir-birini tamamlamalıdır.
Biz bunun üzərində uzun yol keçmişik, birdən-birə olmayıb. Gülnarə xanım həmişə məndən tələb edirdi ki, bahalı geyinim. Deyirdim, edəcəyəm. Bunu məndən dövr, cəmiyyyət, çıxdığım çevrə də tələb edir. Çox yüksək təbəqəyə çıxıram. Yüksək təbəqənin tədbirlərində oluram. Bunu məndən cəmiyyətdə olduğum statusum tələb edir”.
“Sizi estradamızın ən bahalı geyinən məşhuru adlandırmaq olar?” sualına T.Ağayeva cavabı ilə gah nala, gah da mıxa vurdu:
“Hesab etmirəm ki, bu mövzuda birinciyəm. Geyimimin bu qədər müzakirə olunmasına yəqin ki, müsbət yöndən baxmalıyam. Mən bir çox lüks və dünyada məşhur olan brendlərin əsas müştərilərindənəm. Səhnə libaslarıma olduqca diqqətlə yanaşıram. Sizə açıq deyim ki, aldığım ayaqqabılar çox bahalıdır və onlara çox pul xərcləyirəm, amma bunu çanta haqqında deyə bilmərəm.
Mən səhnəyə çanta ilə çıxmadığıma görə, onun bahalı olması mənim üçün o qədər də önəmli deyil. Məhz elə bu səbəbdən çantaya aşırı dərəcədə pul xərcləməyə əlim gəlmir. Çanta dəlisi deyiləm. Mən “Zara”nın özəl kolleksiyasından tez-tez yararlanıram. Geyim və aksesuarlarda “Diesel” və “Dsquared” və “Marc Jacobs” kimi brendlərə üstünlük verirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm
Ağdamda ağır qəza: 6 nəfər...
16:49 03.07.2026
Hadisə