17 ildən sonra yenidən çəkiliş meydançasına qayıdan türkiyəli aktrisa Yasemin Ergene seçimlərini daha şüurlu etdiyi bir dövrdən keçdiyini bildirib.
Sherg.az xəbər verir ki, aktrisa sosial mediada ona ünvanlanan tənqidlər barədə danışarkən bunun həyatının yalnız gözəl anlarını paylaşdığı bir platforma olduğunu deyib: “Sosial medianı sevirəm, amma həyatımın tamamını orada yaşamıram. Tənqidə açığam. Konstruktiv olanları nəzərə alıram, haqlı tərəfi varsa, üzərində düşünürəm”.
Ergene gözəllik anlayışının yalnız xarici görünüşlə bağlı olmadığını vurğulayıb: “Mənim üçün gözəllik fiziki deyil, insanın davranışı və özünü necə aparmasıdır”.
Aktrisa hazırda daha çox müşahidə etdiyini, təbii və sadə olanın gücünə inandığını qeyd edib.