Göyçə-Zəngəzur Respublikası nədir?! - Aydınlaşdırmaq lazımdır!


"Türkiyənin paytaxtı Ankarada Göyçə-Zəngəzur Respublikasının nümayəndəliyin yaradıldığı söylənilir. Lakin məsələni dəqiqləşdirmək gərəkir". 

Bu fikirləri "Sherg.az"a açıqlamasında türkoloq-alim Faiq Ələkbərli deyib. O, yeni yaradılan Göyçə-Zəngəzur Respublikasının nümayəndələyi ilə bağlı fikirlərini bölüşüb:

"Təxmini iki il əvvəl İrəvan-Türk Cümhuriyyəti yaradılmışdı. Üzv olanların bir hissəsi yeni respublikanın yarandığını elan etdilər.

Nümayəndəliklə bağlı konkret fikirlər yoxdur. İrəvan Türk Cümhuriyyəti başda Qafar Çaxmaqlı, eləcə də Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də  məsələyə birmənalı yanaşmır. 

Suallara aydınlıq gətirdikdən sonra bu barədə hansısa fikirlər yürütmək mümkündür. Göyçə-Zəngəzur Respublikası nədir, onun nümayəndəliyinin Ankarada olmasının nə kimi əhəmiyyəti var?  Aydınlaşdırmaq lazımdır".

Qeyd edək ki, "Qərbi Azərbaycana Qayıdış" adlı ictimai təşkilat "Göyçə-Zəngəzur Respublikası"nın yaradıldığını açıqlayıb. "Respublika"nın elanından sonra Türkiyənin paytaxtı Ankara şəhərində Göyçə-Zəngəzur Respublikasının nümayəndəliyinin açılışı olub. Nümayəndəliyin qarşısı Göyçə-Zəngəzur və Türkiyə Respublikasının bayraqları ilə bəzədilib. Bu adda "respublika"nın yaradılması ictimaiyyətdə birmənalı qarşılanmayıb.