Cəlilabad şəhərində ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, ötmə manevrini düzgün yerinə yetirə bilməyən "Toyota Prius" markalı minik avtomobili "VAZ-21099" markalı maşına çırpılıb. Daha sonra zərbənin təsirindən idarəetməni itirən avtomobil qarşı tərəfdən gələn "VAZ 2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində 3 nəfər - 1960-ci il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyev xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla ilə bağlı araşdırma aparılır.