"Nəriman Nərimanov Azərbaycan tarixinin bir parcasıdır, bu parcanı kəsib atmaqla, heykəlini sökməklə yanlış bir mövqe ortaya qoymuş olarıq".
Bu sözləri tədqiqatçı alim, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Naxçıvanda Nəriman Nərimanovun heykəlinin götürülməsi hadisəsinə münasibət bildirərkən deyib. A. Aşırlı qeyd edir ki , doktorun siyasi fəaliyyəti ilə yanaşı, ictimai işlərdə fəallığını, ötən əsrin əvvəllərində anadilli mətbuatda fəaliyyətini , Nargin adasında saxlanılan Türk əsirlərinin ağır durumlarının gündəmə gətirilib tədbir görülməsindəki iştirakını , komissiya təşkil etməsini , 31 mart soyqrımının qarşısının alınmasındakı rolunu , mövqeyini , Şaumyan və " Daşnakstyun " partiyasına qarşı ağır ittihamlarını unutmamaq lazımdır:
"Bəli, 1920 - ci ilin 1 dekabr bəyanatı ilə Zəngəzurun Ermənistana verilməsi ilə bağlı bəyanat imzaladı , tarixdə böyük bir səhvə imza atdı. Amma Naxcıvanın , Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını zor siyasi gedişlə təmin edə bildi. Azərbaycanın bolşevikləsində rolunu hec kəs inkar edə bilməz , cünki tarixi faktdır. Amma , Azərbaycan Cümhuriyyətini Nərimanov yıxdı tezisinin elmi isbatı yoxdur , cünki beynəlxalq şərait , Sovet Rusiyasının amansız siyasəti , daxili cəkişmələr Cümhuriyyətin yaşamasına imkan vermədi. Əqidəcə sosialist Nərimanov yanlış olaraq Azərbaycanı Sovet Rusiyasının cətiri altında müstəqilliyini qoruyacağına inanırdı. 28 Aprel işğalından sonra , mayın 15 - də Azərbaycana qayıdanda vəziyyətin tamamilə faciəvi hal aldığını gördü. Ona görə də Leninə yazdığı məktubda " Müstəqil Sovet Azərbaycanı " vədini xatırladırdı. Nərimanov Pankratovun sorğusuz - sualsız səhra məhkəmələrində insanların kütləvi qırğınının qarşısını almağa calışdı. Bu barədə cox yazmaq olar".
A. Aşırlı qeyd edir ki, bu il qardaş Türkiyə Cümhuriyyətinin 100 illik yubleyi tamam olacaq. Mustafa Kamal paşanın Anadoluda başladığı Qurtuluş savaşına siyasi , maddi , mənəvi dəstəyi təmin edən də Nərimanov oldu:
"70 illik Azərbaycanın sovet tarixini silib atmaqla böyük yanlışlığa yol verə bilərik. Sadəcə , bu tarixdən ibrət götürülməlidir. Ötən əsrin əvvəlində ideoloji baxımından Azərbaycanın taleyi ilə bağlı iki yol vardı. M.Ə.Rəsulzadənin müstəqil Azərbaycan yolu, hansı ki , bu yol indi davam etdirilir və etdiriləcək də. İkinci yol isə , Sovetlərin tərkibində mövcudluğunu qoruyub saxlamağa calışan , imperiya tərkibində Azərbaycan. Bu yol yanlış bir yol olmaqla davam etdirilməsi Nərimanovun taleyinə yazıldı .Amma ömrünün sonunda siyasi səhvlərini anladı , oğlu Nəcəfə yazdlğı məktubda , Leninə , Stalinə unvanladığı müraciətlərdə etiraflar etməli oldu. Nərimanov Kremlə aparıldı və zəhərlənərək öldürüldü .Bu acı , aldadılmış , əzilmiş taleyin sahibinin heykəlinin götürülməsi yanlış bir addım olar. Bir də aldanmışlar üzərində qələbə olmamalıdır".