Romada İran-ABŞ danışıqlarının II raundu başa çatıb - YENİLƏNİB

Romada İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb.

APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

13:43
Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb.

APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Danışıqlara İran xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

Qeyd edək ki, İran və ABŞ arasında danışıqların ilk raundu 12 apreldə Omanda keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilib.