Putin: Rusiya danışıqlara açıqdır, lakin Almaniya neytral vasitəçi sayıla bilməz
Yusif Nəzərli
00:31 19.06.2025
Gündəm
360
“Rusiya təmaslardan imtina etmir və istənilən məsələdə, o cümlədən Ukrayna məsələsi üzrə danışıqlara həmişə açıqdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı almaniyalı jurnalistin sualını cavablandırarkən deyib.
Rusiya dövlət başçısı qeyd edib ki, iki il əvvəl Almaniya Kansleri Olaf Şolts və digər Avropa liderləri ilə fəal müntəzəm danışıqlar aparılırdı. Putin bildirib ki, bu təmaslar elə Qərb tərəfdaşlarının təşəbbüsü ilə dayandırılıb. “Onlar özləri bu əlaqələrə son qoyublar. Buyursunlar, bərpa etsinlər. Biz açığıq, bunu dəfələrlə demişəm”, – deyə Putin vurğulayıb.
Bununla yanaşı o, Almaniyanın Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu oynamaq qabiliyyətinə şübhə ilə yanaşdığını bildirib. “Vasitəçi neytral mövqedə olmalıdır. Amma biz döyüş meydanında alman tanklarını, “leopard”ları görəndə, üstəlik, Federativ Respublika artıq Rusiya ərazisinə hücumlar üçün “Taurus” raketlərinin tədarükünü nəzərdən keçirdiyi və buna Bundesver zabitlərinin də cəlb olunduğu bir vaxtda böyük suallar yaranır", – deyə o qeyd edib.
Putin əlavə edib ki, bu addımlar hərbi əməliyyatların gedişinə təsir göstərməyəcək, lakin “münasibətlərimizi tamamilə korlayacaq”. Onun sözlərinə görə, mövcud şəraitdə Almaniya Rusiya tərəfindən neytral tərəf kimi deyil, Ukraynanı dəstəkləyən, bəzən isə döyüşlərdə birbaşa iştirak edən tərəf kimi qəbul olunur.
Bununla belə, Rusiya istənilən təklifi müzakirə etməyə hazırdır: “Əgər bu mövzu ətrafında danışmaq istəyi varsa, hansısa ideyalar təqdim etməyə hər zaman hazırıq”, – deyə o yekunlaşdırıb.
Qeyd edək ki, Prezident Vladimir Putin Sankt-Peterburqda dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə ənənəvi görüş keçirir. Görüşdə Azərbaycan, Belarus, Böyük Britaniya, Vyetnam, Almaniya, İndoneziya, İspaniya, Qazaxıstan, Çin, ABŞ, Türkiyə, Özbəkistan və Fransadan olan agentliklərin nümayəndələri iştirak edirlər. Tədbirin moderatoru TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya