Sədr: “Ermənilər alban kilsələrində ibadət etməyiblər”
Yusif Nəzərli
08:31 14.04.2023
Tarix
2190
“Qafqaz Albaniyasının tarixi varisləri Qafqazda yaşayan xalqlar, o cümlədən azərbaycanlılardır”.
“Report” xəbər ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda keçirilən X beynəlxalq konfransda deyib.
Dövlət Komitəsinin sədri söyləyib ki, dini baxımdan onların tarixi varisləri alban udiləridir.
O bildirib ki, xristianlığın İsa Məsihin həvariləri vasitəsilə yayıldığı və rəsmi dövlət dininə qədər inkişaf etdiyi Qafqaz Albaniyası Azərbaycan ərazisində yerləşən ən qədim dövlətlərdən biri olub:
“Qafqaz Albaniyasının Müstəqil-Apostol Kilsəsinin öz başlanğıcını bilavasitə Qüds Kilsəsindən götürməsi, onu Erməni-qriqoryan Kilsəsindən fərqləndirən və tarix boyu erməniləri qıcıqlandıran əsas amil olub. Məhz buna görə də biz tarixin müxtəlif dövrlərində ermənilərin bu torpaqları zəbt etmiş yadellilərə yarınmaqla Alban Kilsəsini Erməni-qriqoryan Kilsəsindən asılı vəziyyətə salmağa cəhd etdiyinin şahidi oluruq”.
M.Qurbanlı vurğulayıb ki, Alban Katolikosluğu ləğv edildikdən sonra Azərbaycandakı alban kilsələri Erməni Qriqoryan Kilsəsinin himayəsinə keçsə də, ermənilər bu kilsələrdə ibadət etməyiblər:
“Hətta sovet dövründə həmin tarixi abidələr Azərbaycan xalqının irsi kimi mühafizə olunub, orada heç zaman dini ayin icra edilməyib və xalqımız tərəfindən qorunub-saxlanıb. Ermənilər yalnız Azərbaycan ərazilərini işğal etdikdən sonra alban kilsələrini qriqoryanlaşdırıb, onun interyerində və eksteryerində dəyişikliklər aparıblar. Bunu da Qarabağı zəbt etdikdən sonra, bu torpaqlarda daimi məskunlaşmaq məqsədilə ediblər”.
Dövlət Komitəsinin sədri Ermənistanın işğal dövründə beynəlxalq missiyaların Azərbaycanın həmin ərazilərini ziyarət etməsinə də icazə vermədiyini xatırladıb:
“Bu fakt beynəlxalq təşkilatların hesabatlarında da öz təsdiqini tapıb”.
Oxşar xəbərlər
Azərbaycan Ordusu dünya hərb tarixində yeni qəhrəmanlıq səhifəsi açdı - İlham İsmayıl
16:14 06.11.2026
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya